"Qanunçuluğun bərpa olunması baxımından fərq olmamalıdır. Bu istər məmur, istərsə də nazir övladı olsun". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fazil Musatafa Prezident İlham Əliyevin nazir və məmur övladlarının özbaşınalığına qarşı söylədiyi sərt bəyanata münasibət bildirərkən deyib.
"Etiraf edək ki, ölkədə harınlıq baş alıb gedir. Bununla yanaşı, Prezident İlham Əliyevin sahibkarla bağlı dediyi fikri də çox bəyəndim. Çünki bu çox ciddi mesajdır. İcra hakimləri yerlərdə yerli sahibkarları tamamilə sıradan çıxarıblar. Heç bir gəlir və vəsait qazana bilməyən insanlara yerli layihələr həvalə olunur. Bu səbəbdən də prezidentin bəyanatı lap yerinə düşdü. Bütün hallarda prezidentin fikirlərini dəstəkləyirəm. Kaş bu qərar cəmiyyətdə hüquq mühafizə orqanları tərəfindən diqqətə alınsın və real həyatda özünü göstərə bilsin".- deyə millət vəkili fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB