Dünən gecə saatlarından etibarən Tovuzun Əlibəyli kəndi növbəti dəfə atəş altında saxlanılıb. SİA-nın Qərb bürosunun yerli sakinlərə istinadən verdiyi məlumata görə, 21:00-dan etibarən Ermənistan silahlı birləşmələri tam 5 saat iri və xırda çaplı silahlardan kəndi atəşə tutub. Təxminən 40-dan artıq mənzillərə ziyan dəyib. Evlərin əksəriyyətinin dam örtükləri qapı və pəncərələri yararsız hala düşüb. Hazırda kənddə Müdafiə Nazirliyinin hərbi maşınlarının intensiv hərəkəti müşahidə olunmaqdadır. Bundan əlavə Tovuz rayon İcra Hakimiyyəti kənd icra nümayəndəliyi ilə daimi əlaqə saxlayır.
Sakinlərin sözlərinə görə, Əlibəylidə gərginlik davam etsə də, insan tələfatı qeydə alınmayıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB