Xəbər verildiyi kimi artıq ikinci gündür ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Oğuz rayonunda "Qış məktəbi" öz işinə başlayıb. SİA-nın Oğuz rayonunda təşkil olunmuş "Qış məktəbi" layihəsinin rəhbərindən aldığı məlumata görə, Gənclər Birliyinin rəhbərliyi bu layihənin də digərləri kimi səmərəli və unudulmaz olcağına inanır.
Layihə rəhbəri qeyd edib ki, Gənclər Birliyinin təşkil etdiyi "Yay-Qış məktəbləri" gənclərimizin cəmiyyətdə sağlam və güclü lider kimi yetişməsinə öz layiqli töhfəsini verəcəkdir: "Layihədə iştirak edən hər bir gəncimizə uğurlar arzu edirik. Ümüd edirik ki, layihə çərçivəsində əldə etdikləri uğurları bizimlə bölüşəcəklər".
Bu gün YAP Gəncləri plana uyğun olaraq "Gəncliyin seçimi: elm və idman" mövzusundakı təlim keçiblər. Gənclər onlara verilən hər bir tapşırığa çox ciddi hazırlaşır, yerinə yetirilməsi üçün səylərini davam etdirirlər.
Daha sonra YAP Gəncləri "Qış məktəbi" layihəsi çərçivəsində intellektual oyun keçiriblər. Layihənin rəhbəri qeyd edib ki, burada iştirak edən hər bir gənc öz bilik və bacarıqlar ilə seçilir: "Hər bir gənc ölkəmizi ən ali kürsülərdə təmsil etməyə hazırdırlar. Bu onu göstərir ki, öz ətrafında intellektual gəncləri toplayan Yeni Azərbaycan Partiyası hər zaman olduğu kimi bu il də möhtəşəm qələbələrə imza atacaqdır. İntellektlə hər bir çətinliyi geridə qoymaq və hər bir maneəni aşmaq olar. Biz, Yeni Azərbaycan Partiyasının gəncləri bu il ölkəmizdə keçiriləcək Prezident seçkilərində Partiyamızın irəli sürəcəyi ən layqli namizədi, sədrimiz, Ölkə Prezidenti cənab İlham Əliyevi dəstəkləyəcək və O yenidən qalib gələcək. Bu təkcə biz gənclərin deyil, bütün Azərbaycan xalqının seçimidir!".











Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB