Nalbandyan yenə Azərbaycanı ittiham etdi

"Xocalı aeroportun açılmasını siyasiləşdirmək olmaz. Bu fikri ATƏT-in Minsk Qrupunun həmsədrləri də deyiblər. Nə Qarabağ, nə də Ermənistan bu məsələni siyasiləşdirməyib, belə niyyətimiz də yoxdur". SİA-nın xəbərinə görə, Tiflisdə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində keçirilən tədbirdən sonra keçirilən mətbuat konfransında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan belə deyib.

E.Nalbandyan Azərbaycanı Xocalı aeroportu ilə bağlı məsələni siyasiləşdirməkdə ittiham edib: "Azərbaycan hər gün verdiyi bəyanatlarla bu məsələni siyasiləşdirir və müvafiq olaraq ATƏT həmsədrləri qarşısında götürdüyü öhdəlikləri pozur. İkincisi, həmsədrlər mülki təyyarələrə qarşı güc işlətməməyə çağırmışdılar. Azərbaycan mülki təyyarələri vurmaqla hədələyir, hər gün də hədə-qorxu gəlir, eyni zamanda ATƏT həmsədrlərinin güc işlətməmək haqqında öhdəliyi pozur".

Edvard Nalbandyan bildirib ki, Ermənistan heç vaxt Xocalı aeroportunun açılmasını Dağlıq Qarabağ münaqişənin həll aspektləri, eyni zamanda status məsələsi ilə əlaqələndirməyib: "Ermənistanda, eləcə də Dağlıq Qarabağda yüksək səviyyələrdə bəyanat veriblər ki, Xocalı aeroportunun açılışı humanitar və mülki məqsədlər daşıyır".

Bütün xəbərlər Facebook səhifəmizdə