Xocalı soyqırımının tanıdılması üçün tələb olunan səs 100 mini keçdi FOTO
Xocalı qətliamının tanınması məqsədilə Ağ Evin rəsmi veb səhifəsində yerləşdirilmiş petisiyanı imzalayanların sayı 100 mini keçdi. SİA-nın məlumatına görə, səsvermə yanvar 25-dən etibarən açıq elan olunub və elektron imza toplamaq üçün "Biz Xalqıq" (We the People) kampaniyası çərçivəsində səsvermə başlayıb.
Artıq tələb olunan səslərin böyük əksəriyyəti toplandığı üçün ABŞ Prezidentinin Xocalı faciəsi ilə bağlı bəyanat verəcəyi və Ağ Evdə soyqırımı hadisəsi ilə bağlı müzakirələr aparılacağı gözlənilir.
Qeyd edək ki, ABŞ rəhbərliyinin dünyada baş vermiş hadisələrlə bağlı mövqeyinin öyrənilməsi ilk hadisə deyil.
Xatırladaq ki, petisiyada deyilir ki, fevralın 26-da amerikalı azərbaycanlılar və ABŞ azərbaycanlıları şəbəkəsinin dostları 1990-cı illərdə baş vermiş ən dəhşətli hadisələrdən biri olan Xocalı qətliamının 21-ci ildönümünü qeyd edəcək.
"Amerika azərbaycanlıları, bizim bu ölkədə və bütün dünyada olan dostlarımız adından faciəinin 21-ci ildönümü ərəfəsində Xocalı qətliamı, onun qurbanlarının anılması və prezidentin bununla bağlı bəyanat verməsində bizə kömək etməyiniz üçün sizə müraciət edirik"- deyə bildirilir.
"Biz xalqıq" ("We the People") səhifəsi Ağ Evin vətəndaşları narahat edən məsələlərlə bağlı administrasiyaya müraciət edə bilməsi məqsədilə yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB