Azərbaycanın strateji valyuta ehtiyatları 28,8 dəfə artıb YENİLƏNİB
Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. SİA-nın xəbərinə görə, fevralın 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans işə başlayıb.
Dövlət başçısı mərkəzdə 2003-2012-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işləri əks etdirən sərgi ilə tanış olub.
Sərgidə 2003-2012-ci illər üzrə ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın ayrı-ayrı sahələri - sənaye, infrastruktur, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sosial inkişaf, turizm, ekologiya və s. sahələr üzrə iqtisadi inkişafı əks etdirən göstəricilər yerləşdirilib.
Bildirilib ki, 2003-2012-ci illərdə ümumi daxili məhsul üç dəfə, o cümlədən qeyri-neft sektorunda 2,4 dəfə, orta aylıq əmək haqqı 5,1 dəfə artıb. Bu dövrdə ölkənin strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq 46 milyard ABŞ dolları təşkil edib.
Prezident İlham Əliyev konfransı giriş nitqi ilə açıb.
Sonra iqtisadi inkişaf naziri Şahin Mustafayev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Ağdam heyvandarlıq kompleksinin təsisçisi Fuad Əyyubzadə, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Oğuz rayonundakı qarğıdalı emalı zavodunun baş direktoru Vaqif Hüseynov, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Ağsu rayonundakı "Az-Granata" MMC-nin şirə və şərab emalı zavodunun icraçı direktoru Rövşən Fərhadov və Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış ediblər.
Prezident İlham Əliyev konfransda yekun nitqi söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB