Müxalifətin "kölgə kabineti" ağlı çaşmış adamların kabinetidir. Ağlı çaşmış adamların "kölgə kabineti" elə olar ki, o kabineti görəndə hamının ağlı çaşsın. Ona görə də orda elə adamlar var ki, adamın ağlı çaşır". Bu fikirləri SİA-ya açıqlamasında Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə Müsavat və AXCP-nin yaratdıqları "kölgə kabineti"nə münasibət bildirərkən deyib.
A.Əlizadə dağıdıcı müxalifətin "kölgə kabineti"ni gülüşlə qarşılayaraq buna "ac toyuq yuxuda darı görər" tərifini verib və bu kimi addımları müştəbehlik adlandırıb: "Onlar elə bilirlər ki, hakimiyyətə gələcəklər, ona görə də vəzifələri bölüşdürüblər. Əslində bu hərəkətləri ilə özlərini məzhəkəyə qoyublar".
SDP sədri Əkrəm Əylislinin müdafiə edənlərə də münasibət bildirib: "Əkrəm Əylislini müdafiə edənlər gözləyirlər ki, onlara "əhsən" deyəcəklər. Çünki Ə.Əylisli də bu əsəri yazanda elə bilirdi ki, ona da bir "molodes" deyəcəklər".
Partiya sədri onu da qeyd edib ki, onu müdafiə edənlərin məqsədi pul güdməkdir. Çünki bu cür məsələlərlə bağlı hər hansı müdafiə komitəsi yaradılanda onu xaricdən maliyyələşdirməyə başlayırlar. Əsərin yazılmasında pul əsas olduğu kimi, onun müdafiəsində də pul əsasdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB