Paytaxt sakinləri Prezidentin sərəncamını dəstəklədi SORĞU

Paytaxt sakinləri Prezidentin sərəncamını dəstəklədi SORĞU

Əkrəm Əylisli "Xalq yazıçısı" adından məhrum edildi. Məhz bununla əlaqədar olaraq bu gün cənab prezident İlham Əliyev onun "Xalq yazıçısı" fəxri adından məhrum edilməsi barədə sərəncam imzalayıb.

Paytaxt sakinləri bu xəbəri məmnuniyyətlə qarşılayıb hadisəyə münasibət bildiriblər. Şəhərdə onlarla apardığımız sorğular zamanı bunun bir daha şahidi olduq:

Hidayət Məsməliyev, şəhər sakini:

"Prezident İlham Əliyevin Əkrəm Əylislinin Azərbaycan Respublikasının "Xalq yazıçısı" fəxri adından məhrum edilməsi barədə imzaladığı sərəncam təqdirəlayiq bir hal kimi dəyərləndirilməlidir. Hesab edirəm ki, dövlət tərəfindən verilən mükafatlar, adlar ona heç də yaraşmır. Axı necə olar bilər ki, indiyənədək xalq yazıçısı adı ilə tanınan Əkrəm Əylisli belə bir işə əl qoyub? Bu sadəcə olaraq məndə ikrah hissi oyadır. Hesab edirəm ki, "Daş yuxu"lar romanı onun xanımının diqtəsi ilə yazılıb. Xeyli sayda Azərbaycan vətəndaşının Dağlıq Qarabağda həlak olduğu bir zamanda bu insan həmin soydaşlarımızın qanından utanmalıdır. Sovet dövründə Qorbaçov SSRİ-nin dağılması münasibətilə yüksək ada layiq görülmüşdü. Bu insan da elə başa düşür ki, erməniləri tərif etməklə gələcəkdə buna da yüksək ad veriləcək. Amma ona nə ad verilir verilsin, Azərbaycan vətəndaşı olmaq, vətəni sevmək, bu, ən yüksək adlardan biridir. Mən cənab prezidentin bu sərəncamını alqışalyıram və onu dəstəkləyirəm".

Elçin Cəfərov, şəhər sakini:

"Bu insan Azərbaycanı tərk etməlidir. Əkrəm Əylisli xalqımızın və ölkəmizin tarixini, keçmişini, Dağlıq Qarabağ uğrunda canını fəda etmiş on minlərlə şəhidimizin ruhunu kobud bir şəkildə təhqir edib. Axı, Dağlıq Qarabağda baş verən qətliamları, qoca, qadın, uşaqlara qarşı ermənilərin törətdiyi vəhşilikləri necə unutnaq olar? Bu insana sadəcə olaraq xalq düşməni, xəyanətkar adı verilməlidir. Hesab edirəm ki, Ə.Əylislinin öz vətəndaşlarına qarşı bu kimi addımının arxasında ermənilər tərəfindən ona verilən rüşvət dayanır. Əks təqdirdə bu insan heç bir şey danışa bilməzdi".

Fərid Hidayətov, paytaxt sakini:

"Ümumiyyətlə, hər bir kəs müəyyən fikir söyləyə bilər. Lakin xalqı yazıçısı adı verilmiş Əkrəm Əylislinin Azərbaycan vətəndaşı olaraq erməni mövqeyindən çıxış etməsi yolverilməzdir. Bu insan birmənalı olaraq başa düşməlidir ki, ölkə icitmaiyyəti artıq onu öz vətəndaşı kimi qəbul etməyəcək. Beləcə, onun ölkədən gedib-getməməsi öz ixtiyarına qalır. Ə.Əylisli hazırda üzərinə "daş qoyub, həmin daşla da" yaşamalıdır. Mən bir gənc, dövlətin vətəndaşı kimi hər zaman hazıram ki, düşmən tapdağında olan torpaqlarımızı geri qaytaraq".

Xanım İsrafilqızı, Bakı sakini:

"Bu insana yalnız "Xalq düşməni" adını vermək lazımdır. Əkrəm Əylisli Azərbaycan xalqını çox kobud bir şəkildə təhqir edib və bu insanın bundan sonra ölkəmizdə qalması düzgün deyil. Bir məsələni başa düşmək olmur, bu insan uzun illər necə maskalana bilib. Öz içində ermənipərəstliyi necə gizlədə bilib? Bir də ki bu millətin ona nə pisliyi keçib? Onda azərbaycanlılara qarşı nifrət hardandır, mən başa düşmürəm".

Nəcəf Nəcəfov, şəhər sakini:

"Mən cənab prezident İlham Əliyevin Əkrəm Əylislinin Azərbaycan Respublikasının "Xalq yazıçısı" fəxri adından məhrum edilməsi barədə imzaladığı sərəncamı düzgün, yerində atılmış addım kimi xarakterizə edirəm. Mən bir gənc olaraq hələ də qəbul etmirəm ki, axı necə ola bilər ki, bu insan erməniləri vətənpərvər və Azərbaycan xalqını xain kimi qələmə versin. Yəqin ki, zaman keçdikcə bütün sirrlərin üstü açılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə