Bu ilin aprel ayında Bakıda keçiriləcək Davos İqtisadi forumu artıq ona dəlalət edir ki, Avropa ölkəmizi öz evi kimi tanıyır. Bunu SİA-ya deputat Nəriman Əliyev Davos İqtisadi forumunun ölkəmiz üçün əhəmiyyətindən danışarkən deyib.
Onun sözlərinə görə, digər bir məqam isə ondan ibarətdir ki, həmin forum çərçivəsində dünyanın ən aparıcı liderləri, xarici şirkətlərin nümayəndələri ölkəmizdə olacaq ki, bu da təbii ki, Azərbaycanın uğurlarına daha bir uğur qatacaq: "Biz bu forum vasitəsilə bir daha dünyaya çatdıracayıq ki, haqlı tərəf məhz Azərbaycandır. Bizim ən böyük problemimiz Dağlıq Qarabağ (DQ) məsələsidir. Paytaxtda gələcək qonaqlara da DQ həqiqətlərinin, reallıqlarının doğru və düzgün bir şəkildə çatdırılmasına çalışacayıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB