Millət vəkili: “Əkrəm Əylisli Azərbaycan vətəndaşlığından imtina etməlidir” MÖVQE

Millət vəkili: “Əkrəm Əylisli Azərbaycan vətəndaşlığından imtina etməlidir” MÖVQE

Əgər xalq yazıçısı Əkrəm Əylisinin qanında Azərbaycan qanı olsaydı, o heç vaxt Azərbaycan xalqını təhqir edəcək bir əsər yazmazdı. Bunu SİA-ya millət vəkili Nəriman Əliyev deyib.

Parlament üzvünün sözlərinə görə, bu insanın xalq yazıçısı adını daşıması düzgün deyildi: "Ə.Əylisli özü artıq bundan imtina etməli idi. Onsuz da Azərbaycanın hər bir yerində Ə.Əylislinin bu hərəkətləri ilə bağlı mənfi fikirlər formalaşıb. Mən bir millət vəkili kimi hesab edirəm ki, bu şəxs Azərbaycan vətəndaşlığından imtina etməlidir. Bu insan getsin hansı ölkənin vətəndaşlığını qəbul edir etsin".

Bütün xəbərlər Facebook səhifəmizdə