Səfər Əbiyev Xorvatiyanın müdafiə naziri ilə görüşüb

Səfər Əbiyev Xorvatiyanın müdafiə naziri ilə görüşüb

Müdafiə naziri Səfər Əbiyevlə Azərbaycanda səfərdə olan Xorvatiyanın müdafiə naziri Ante Kotromanoviçinın görüşü olub.

Qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib. Geniş tərkibdə keçirilən görüş zamanı nazirlər ölkələrarası hərbi-texniki əməkdaşlığın yaradılması və inkişafı istiqamətində faydalı müzakirələr aparıb.

Nazir Səfər Əbiyev həmkarına regiondakı hərbi-siyasi vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həllinə maneçilik törədən səbəblər və bu günədək Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi barədə ətraflı məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə