“Dünya Azərbaycanlıları” İctimai mərkəzi on yaşında FOTO

“Dünya Azərbaycanlıları” İctimai mərkəzi on yaşında FOTO

Bu gün "Dünya Azərbaycanlıları" İctimai mərkəzinin (DAİM) yaranmasının 10 illiyi və "Xalq İnformasiya" agentliyinin bir illiyi münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə mərkəzin sədri zaur Mirzəzadə, millət vəkili Nəriman Əliyev və digər qonaqlar iştirak edib.

Mərasimdə bildirilib ki, mərkəz yarandığı 10 il ərzində Müstəqil Azərbaycanın inkişafı üçün müxtəlif yerli və beynəlxalq layihələr, tədbirlər həyata keçirib. Qeyd olunub ki, ölkəmiz bu gün də dünya dövlətləri arasında öz nüfuzunu qoruyub saxlamaqdadır. Ölkə iqtisadiyyatının həcmi üç dəfə artıb, eləcə də Azərbaycan BMT TŞ-nın qeyri-daimi üzvü olaraq bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlığı reallaşdırıb.

Tədbirdə çıxış edən "Dünya Azərbaycanlıları" İctimai mərkəzinin sədri Zaur Mirzəzadə deyib ki, mərkəzin yaradılmasında əsas məqsəd prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti dəstəkləmək və qüdrətli Azərbaycanın inkişafına köməklik etməkdir: "Bununla belə xaricdə təhsil alan gənclərimizə Ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsini təbliğinə çalışmaqdır. Bundan sonra da bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Biz bu illər ərzində yerli və beynəlxalq əhəmiyyət kəsb edən layihələrə ev sahibliyi etmişik. İnanırıq ki, biz bu nailiyyətləri əldə edərək sağlam düşüncəyə və sağlam gəncliyə təkamül verəcəyik".

Daha sonra DAİM-nın mətbuat xidmətinin rəhbəri, Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə, "Səs" qəzetinin şöbə müdiri Zakir Rəhimli və digərləri çıxış edərək mərkəzin yaranma tarixində dəyərli fikirlərini bölüşüblər.

Tədbirə yubiley tortunun kəsilməsi və müğənnilərin ifasında bir-birindən rəngarəng mahnılarla yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə