Vladimir Doroxin: “Rusiya Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır”

Vladimir Doroxin: “Rusiya Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır”

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi rekord həddə çatıb. SİA-nın verdiyi xəbərə görə, bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Xəzər Avropa İşgüzar İnteqrasiya Klubunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Rusiyanın ticarət tərəfdaşları sırasında 4-5-ci yerləri bölüşür: "Ötən ilin 11 ayının yekunlarına əsasən Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 23,3 faiz artaraq 3,2 milyard dollara çatıb. Rusiya Türkiyədən sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Rusiyanın Azərbaycana ixrac etdiyi məhsulların 90 faizini maşınlar, avadanlıq, nəqliyyat vasitələri və ərzaq təşkil edir. Azərbaycanın isə qonşu ölkəyə idxal etdiyi məhsulların 60 faizini mineral məhsullar, 30 faizini ərzaq və kənd təsərrüfatı məhsulları təşkil edir. Rusiya Azərbaycana təxminən 60-70 milyon dollarlıq sərmayə yatırıb".

Səfirin bildirib ki,ölkələr arasında münasibətlərin möhkəmlənməsində Rusiyada sayları təxminən 600 min – 3 milyon arasında olan Azərbaycan diasporunun rolu böyükdür: "Rusiya Mərkəzi Bankının məlumatına görə, ötən il bu ölkədən pul köçürmələrinin həcminə görə Azərbaycan digər MDB ölkələrini qabaqlayır. Rusiyadan Azərbaycana hər bank köçürməsində orta hesabla 617 dollar göndərilir. İki ölkə arasında həftədə 88 aviareys və 10 qatar reysi həyata keçirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə