"Rusiya Qəbələ RLS-i Azərbaycana əvvəlki vəziyyətində qaytaracaq"

"Rusiya Qəbələ RLS-i Azərbaycana əvvəlki vəziyyətində qaytaracaq"

"Rusiya Qəbələ RLS-i qəbul etdiyi vəziyyətdə olduğu kimi Azərbaycana qaytarmaq üzərində iş aparır. Dünən Qəbələ RLS üzrə komissiyanın ilk iclası keçirilib. Hazırda işlər Qəbələnin özündə davam edir. Komissiya ötən il imzalanan sazişə əsasən, stansiyanı Azərbaycana RLS Rusiyaya verilən zaman hansı vəziyyətdə idisə, o şəkildə də qaytarmaq üzərində iş gedir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.

Səfir bildirib ki, müqavilənin bağlanmasından sonra gətirilən avadanlıq Rusiyanın mülkiyyətidir və Moskvanın onu aparmağa tam haqqı var: "Qəbələdə qısa müddət ərzində nəyi çıxarmağın mümkün olması ilə əlaqədar iş aparılır. Bundan sonra sənədlər imzalanacaq. Sənədlərə əsasən, stansiya Azərbaycanın tabeliyinə veriləcək. Bunun nə qədər vaxt aparacağı hələlik məlum deyil. Ekspertlər Rusiyanın nəyi aparmağa haqqı olmasını müəyyənləşdirməlidirlər. Bu, müəyyən qədər vaxt aparacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə