Yaxın vaxtlarda dəmir yolu qatarlarında sərnişinlər internetdən istifadə edə biləcəklər. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" çərçivəsində bu il rabitə-işarəvermə sisteminin yenidən qurulması həyata keçiriləcək. Görülən işlər nəticəsində qatarlarda internetdən istifadə etmək üçün Wi-Fi sisteminin quraşdırılması nəzərdə tutulur. Hələ ki, layihə işlənir və bu il tender keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB