Azərbaycan müxalifətinin Əkrəm Əylislinin "Daş yuxular"ına dəstək verməsi onların iç üzünü göstərdi. Bu sözləri SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. Onun sözlərinə görə, müxalifətin Ə.Əylislini müdafiə etməsi onları xalqın gözündən bir qədər də saldı: "Müxalifət "Milyarderlər İttifaqından", Elşad Abdullayevin yaydığı videolardan istifadə etməyə çalışırdı. Bəzi kütlələr də onların yalanlarına, məkrli planlarına inanırdı. Ancaq müxalifətin Ə.Əylislinin yazdığı romanı müdafiə etməsi xalqın inancını tamamilə qırdı. Xalq onların hansı xislətə sahib olduqlarını bir daha anladı. Hətta onlar ən alçaq bir hərəkəti belə müdafiə edirlər. Ona görə də seçkidə heç nə əldə edə bilməyəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB