Müxalifət uduzacağının anonsunu verir

Cümşüd Nuriyev: "Müxalifətin hakimiyyətə gəlmək üçün xaricdən dəstək almaq cəhdləri doğru addım deyil"
Müxalifət uduzacağının anonsunu verir

Ayrı-ayrı ambidsiyalı adamları ancaq iqtidarın həyata keçirdiyi uğurlu siyasətə qarşı nifrət birləşdirir. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev müxalifətin həyata keçirdiyi seçki kampaniyasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, müxalifəti Azərbaycan dövləti və onun milli maraqlar heç vaxt maraqlandırmayıb: "Sadəcə olaraq şəxsi müstəvidə bir-birlərini tərifləyirlər. Sonradan isə kompramatlarla bir-birlərinin əleyhinə iş aparırlar. Əvvəldən də proqnozlaşdırılıdığı kimi müxalifət yenə də seçkilərə buket şəklində gedəcək. Bu isə o deməkdir ki, müxalifət seçkidə indidən məğlubiyyətlərini reallaşdırır. Bir növ uduzacaqlarının anonsunu verirlər. Bu onların bütün addımlarından bəllidir.

Politoloq müxalifətin dayaqları xalqdan yox, hər hansı bir kənar qüvvədən axtarmalarına da münasibət bildirib: "Hesab edirəm ki, müxalifətin hakimiyyətə gəlmək üçün xaricdən dəstək almaq cəhdləri doğru addım deyil. Dünyanın heç bir yerində öz dövlətçiliyinə hörmət edən müxalifət heç bir zaman xarici qüvvələrin və ya dövlətlərin müdaxiləsinə yol vermir. Bu insanalar belə addım atmaq cəhdləri onların siyasi savadlarının və milli xəyanət içərisində olduqlarının göstəricisidir. Düşünürəm ki, özünə və dövlətinə hörmət edən hər bir kəs belə addımlar atmamalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə