"Azərbaycan öz ərazisi üzərində olan hava məkanından qeyri-qanuni uçuşlara yol verməyəcək". SİA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Araz Əzimov Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTM) təşkilatının rəhbəri Nikolay Bordyujanın Xocalı hava limanı ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.
"N.Bordyujanın bəyanatını kobud zarafat kimi qəbul edə bilərik"- deyən A.Əzimovun sözlərinə görə, Azərbaycanın mülki təyyarələri vurmaq niyyəti yoxdur: "Amma Çikaqo konvensiyasını müvafiq qaydaları var və Azərbaycan hökuməti tərəfindən həmin qaydalar təsdiqlənib. Hansısa qeyri-qanuni uçuşların qarşısını almaq üçün müvafiq aerodromda təyyarəni endirmək də həmin qaydalardandır. Azərbaycanın mülki təyyarələri vuracağı ilə bağlı fikirlər spekulyasiya xarakterlidir. Ermənistan Xocalı aeroportundan uçuşlar keçirəcəyi ilə bizi hədələyir. Bunun qeyri-qanuni, məqsədli olması ilə yanaşı siyasi və ideoloji tərəfləri də var. Bu Xocalı aeroportunda həlak olmuş insanların xatirəsini təhqir edən bir hərəkət olacaq. Eyni zamanda, işğal edilmiş ərazilərdə infrastruktur dəyişikliyi beynəlxalq hüquqa ziddir. Ermənistan bu addımını humanitar məqsədlə etdiyini deyir. Qarabağda 30 minə yaxın erməni yaşayır. Onların humanitar ehtiyacları Laçın üzərindən gedən yol vasitəsilə təmin olunur və oradan gündə 70 yük maşını hərəkət edir".
Nazir müavini onu da əlavə edib ki, onlar hava məkanını başqa məqsədlər üçün istifadə etməyə çalışırlar: "O cümlədən işğalı davam etdirmək və yaranmış vəziyyəti öz xeyirlərinə dəyişmək məqsədilə Qarabağa xüsusi təyinatlı yüklərin daşınması, işğal bölgəsinə daha çox hərbi texnikanın daşınması üçün. Aydındır ki, burada humanitar aspektdən söhbət gedə bilməz. Və aydındır ki, peşəkar ekspertlər erməni tərəfin atmaq istədiyi addımların mahiyyətini çox gözəl anlayırlar".
Araz Əzimov Azərbaycanın bu məsələ ilə əlaqədar öz mesajını erməni tərəfə və həmsədr ölkələrə çatdırdığını deyib: "Bir çox ölkələr Ermənistana müraciət edərək, onu bu kimi addımlardan çəkinməyə çağırıblar. Ümidvaram ki, Ermənistan bu addımı atmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB