“ABŞ İranı təhdid etməkdən əl çəkməlidir”

İranın xarici işlər naziri Əli Əkbər Salehi ABŞ-ın vitse-prezidenti Co Baydenin ölkəsi ilə ikitərəfli nüvə müzakirələri keçirmək barədə fikrini müsbət qarşıladığını bildirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, rəsmi Vaşinqton məsələni həll etmək üçün həqiqi və ədalətli yanaşma nümayiş etdirməli, niyyəti inandırıcı olmalıdır" –deyə Əli Əkbər Salehi bildirib: "ABŞ-la əvvəllər dəfələrlə görüşmüşük. Amma heç bir nəticə əldə etməmişik. On il əvvəl Bonnda Əfqanıstan problemi ilə bağlı ABŞ-la görüşdük Amma Corc Buş İranı şeytan olaraq gördü və bu görüşmədən nəticə alına bilmədi. Bağdadda ABŞ-la dəfələrlə görüşdük və onların səmimi olmadıqlarını gördük. İndi İranın nüvə proqramı ilə bağlı ABŞ-la görüşə bilərik. Lakin bunun üçün qarşı tərəf ciddi və səmimi olmalıdır. İran xalqı böyük mədəniyyətə malik ağıllı və müdrik xalqdır. Ona görə də müzakirədən qaçmarıq. Düşmən deyil, dost qazanmaq istəyərik. Amma istiqlalımızı kimsəyə vermərik. İranı başqalarının gücünə tabe edə bilmərik. Təbii ki, İran bölgənin ən güclü ölkəsi olaraq sülhdən yanadır. İran üçün "qırmızı xətt" yoxdur. İran təklifi ciddi şəkildə qiymətləndirəcək. Ancaq ABŞ da ölkəmizi təhdid etməkdən əl çəkməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...