Bakıda Avronest Parlament Assambleyasının (PA) enerji təhlükəsizliyi komitəsinin iclası keçiriləcək. Milli Məclisdən SİA-ya verilən məlumata görə, iclas fevralın 12-13-də reallaşdırılacaq. İclas çərçivəsində Azərbaycanın enerji siyasəti, Azərbaycanın birbaşa təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı layihələri, eləcə də ölkəmizin regionun və Avropanın enerji təhlükəsizliyindəki yeri və rolu barədə bir sıra məsələlər müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB