Nazirlər Cənub dəhlizinin əhəmiyyətindən danışdılar

Nazirlər Cənub dəhlizinin əhəmiyyətindən danışdılar

Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ABŞ-ın beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi səfir Karlos Paskual ilə görüşüb. XİN-dən SİA-ya verilən məlumata görə, görüşdə regionda həyata keçirilən enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu vurğulanıb eləcə də Cənub Dəhlizinin xüsusi əhəmiyyəti qeyd edilib.

Görüş zamanı həmçinin, regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə