Əli Əkbər Salehi: "Ümid edirəm ki, Kerri İrana qarşı siyasəti dəyişdirəcək"
İranın xarici işlər naziri Əli Əkbər Salehi ABŞ-ın yeni dövlət katibi Con Kerrinin İrana qarşı siyasəti dəyişdirəcəyini ümid etdiyini deyib. SİA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, Kerrinin dövlət katibi olaraq ABŞ-ın səhvlərini düzəldərək amerikalıların ödədiyi insani və maddi bədəlləri yüngülləşdirəcəyini güman edir. Həmçinin nazir qeyd edib ki, ABŞ-ın yeni xarici siyasi kursunun müəyyənləşməsi üçün kadr dəyişiklilərinin tamamlanmasını gözləmək lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB