“Onlar Azərbaycan əleyhinə fəaliyyət göstərirlər”

“Onlar Azərbaycan əleyhinə fəaliyyət göstərirlər”

"Əkrəm Əylisli, İbrahimbəyov, İsa Qəmbər, Əli Kərimli və İctimai Palatanın digər üzvləri bütövlükdə Azərbaycan əleyhinə fəaliyyət göstərirlər". SİA-nın məlumatına görə, bunu Milli Məclisin iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

O bildirib ki, onların Azərbaycan əleyhinə birgə fəaliyyət göstərdikləri Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) "siyasi məhbuslar" məsələsi müzakirə olunanda da aydın göründü: "Adları sadalananların mövqeyi AŞPA-da Azərbaycan əleyhinə fəaliyyət göstərənlərin mövqeyi ilə üst-üstə düşür. Amma AŞPA-da əleyhimizə olan hesabatın qəbul olunmaması təhlükənin qarşısını aldı. Bu yaxınlarda tələb eşitmişik ki, Avropa Parlamentində İsmayıllıdakı hadisələrlə bağlı dinləmələr keçirilsin. Bu, gülüncdür. Necə olur ki, Yunanıstanda ölkə boyu kütləvi aksiyalar gedir, amma o barədə dinləmə keçirilmir".

Əli Hüseynli bildirib ki, AŞ PA-da bu qüvvələrin səyləri fiaskoya uğrayıb: "İndi İsmayıllıdakı hadisələrlə bağlı Avropa Parlamentində xüsusi dinləmənin keçirilməsini istəyənlər var. Belə səylər olarsa, biz AŞ PA-nın son qərarına istinad edəcəyik".

Spiker Oqtay Əsədov bildirib ki, AŞ PA-da Ştrasserin üzvü olduğu komitənin sədri də onun hazırladığı hesabatın əleyhinə səs verib: "Bu da Azərbaycanın mövqeyinin güclü olduğunu göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə