Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 2012-ci ilin yekunlarına dair konfrans keçirib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Azerbaycan Respublikasinin Prezident Aparatının məsul işçisi Tağı Tağıyev, Səbail rayon ərazisində yerləşən ali təhsil ocaqlarının rektorları, Yeni Azərbaycan Partiyasının Səbail rayontəşkilatının sədri Zahid Qaralov, rayon ictimaiyyəti nümayəndələri və digər şəxslər iştirak ediblər.
Hesbat mərasimində ilk olaraq ulu öndər Heydər Əliyevin abidəsi önünüə çiçək dəstələri qoyuldu. Daha sonra "Səbail 2012" adlı film nümayiş etdirildi. Hesabatla çıxış edən rayon icra hakimiyyətinin başçısı A.Əsgərov bildirdi ki, Azərbaycan sosial-iqtisadi proqramlar əsasında müəyyənləşdirilən dinamik inkişafı, diqqətçəkən uğurları ilə daha bir tarixə imza atıb. Milli maraqları əks etdirən, ümumi inkişaf strategiyasına uyğun təkmilləşən bu siyasət nəticəsində ölkəmizdə dövlət quruculuğunun hüquqi əsasları, demokratik idarəçilik mexanizmləri, bazar iqtisadiyyatı prinsipləri bərqərar olub. Beynəlxalq münasibətlər müstəvisində böyük nüfuz və etimad qazanan, dünya birliyində mövqeləri möhkəmlənən respublikamız qarşılıqlı əməkdaşlıq prinsiplərinə sadiqliyi ilə də fərqlənir. 2012-ci ildə ölkədə əldə olunan iqtisadi tərəqqi, uğurlar və həyata keçirilən böyük işlərin nəticələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə yanvar ayının 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında geniş şəkildə müzakirə olunaraq qeyd olunmuşdur ki, 2012-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələr uğurla icra olunmuşdur. Bütün istiqamətlər üzrə qarşıya qoyulmuş vəzifələr həyata keçmişdir. Düşünülmüş siyasətə əsaslanan islahatların tətbiqi ilə əhalinin məşğulluğu 95, işsizlik 5,2, yoxsulluq 6 % təşkil edir. Belə ki, Azərbaycan dünyanın 153 ölkəsi arasında ən aşağı yoxsulluq səviyyəsinə malik 20 ölkədən biridir. Dünya Bankının məlumatında qeyd olunduğu kimi, milli gəlirin ədalətli bölünməsi üzrə ölkəmiz 110 ölkəni qabaqlayır. İqtisadi, sosial islahatların aparılmasını başlıca tələb kimi qarşıya qoyan Prezident İlham Əliyevin "ölkədə bir nəfər də olsun yoxsul qalmamalıdır" tələbi insan amilinə verilən dəyərdir. İqtisadi kapitalın insan kapitalına çevrilməsi istiqamətində həyata keçirilən islahatlar uğurla nəticələnir. Yaranan maliyyə imkanları nəticəsində ölkə üzrə davamlı olaraq həyata keçirilən əməkhaqqı siyasətində də uğurlu göstəricilər qazanılıb.
2012-ci ildə Ümumi daxili məhsul 2,2 % artmış, qeyri-neft sektorunda artım 9,7 %, kənd təsərrüfatında 6 % olmuşdur. İl ərzində əhalinin pul gəlirləri 13,8 % artmış, inflyasiya cəmi 1,1 % həcmində olmuşdur. Yəni inflyasiya ilə pul gəlirlərinin artması arasında fərq 10 %-dən çox olmuşdur. Respublikada orta əmək haqqı 500, orta pensiyanın həcmi 200 dollara bərabərdir. Pensiyalar əmək haqqının 40 %-i təşkil edir. Ötən il ərzində 117 min yeni iş yeri açılmışdır ki, bunun da 93 mini daimidir. Keçən il məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə 300 milyon manat vəsait ayrılmış və 20 mindən çox məcburi köçkün yeni mənzil və evlərlə təmin olunmuşdur. Əhalinin sovetlər dövründən qalma əmanətlərinin qaytarılması, təbii fəlakətlərin nəticələrinin respublikanın daxili imkanları hesabına aradan qaldırılması insanların sosial müdafiəsinə yönəlmiş diqqətin nümunəsidir. Təkcə ötən ildə 188 məktəb və əlavə korpuslar tikilmiş, 103 təhsil ocağı əsaslı təmir olunmuşdur. Bölgələrdə 35 Regional Olimpiya Mərkəzi fəaliyyət göstərir. Ona yaxın Olimpiya İdman Kompleksi isə tikilməkdədir. Ötən 2012-ci il ərzində Səbail rayonu ərazisində böyük quruculuq və abadlıq işləri həyata keçirilmişdir. İlin əvvəlindən rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurulması işləri müvəffəqiyyətlə davam etdirilmiş, həmin obyektlərin açılışında və tikinti işlərinin gedişatı ilə tanışlıq mərasimlərində ölkə başçısı şəxsən iştirak etmişdir.
Yanvar ayının 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı Meydanına qədər olan hissəsinin tikintisi, yeni bulvarın salınması ilə bağlı görülən işlər, Dövlət Bayrağı Meydanı və onun ətrafında həyata keçirilən tədbirlərlə tanış olmuşlar.
Tanışlıq zamanı Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı Meydanına qədər olan hissəsinin tikintisi layihəsinin icrası ilə bağlı görülən işlər barədə dövlətimizin başçısına məlumat verilmişdir. Burada müasir standartlara cavab verən 8 zolaqdan ibarət yüksək səviyyəli yolun inşa olunduğu qeyd olunmuşdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanında və onun ətrafında həyata keçirilən abadlıq və quruculuq işləri ilə yaxından tanış olmuşlar.
Ölkə başçısı və xanımı ərazidə inşa olunan yeni İdman-Konsert Kompleksinin tikintisinə də baxmış, sonra Prezident İlham Əliyev həyata keçirilən tədbirlərlə bağlı icraçılara müvafiq tapşırıqlar verilmişdir.
Fevral ayının 26-da Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Bakıda 85 mindən çox insanın iştirakı ilə ümumxalq yürüşü keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yürüşdə iştirak etmişdir.
Yürüş iştirakçıları paytaxtın "Azadlıq" meydanından Xocalı soyqırımının qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkət etmişlər.
Tədbirdə Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoyaraq, faciə qurbanlarının xatirəsini ehtiramla yad etmişdir.
Mart ayının 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Bakıelektrikşəbəkə" ASC-nin "İçərişəhər" yarımstansiyasının açılış mərasimində iştirak etmişdir.
Mart ayının 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Qız qalasının qarşısındakı meydanda keçirilən Novruz şənliklərində iştirak etmişlər. Prezident İlham Əliyev Novruz tonqalını alovlandırmış və bayram şənliyində geniş nitq söyləyərək xalqımızı bayram münasibəti ilə təbrik etmişdir.
Aprel ayının 1-də Azərbaycan Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda beşulduzlu "CW Mariott Abşeron" otelinin açılışında iştirak etmişlər. Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsmiş və oteldə yaradılmış şəraitlə tanış olmuşlar.
Aprelin 25-də ölkə başçısı cənab İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun abidəsinin, Bakı Funikulyorunun əsaslı şəkildə yenidən qurulması, Dağüstü Parkda İstiqlal müzeyinin inşası və Dənizkənarı Milli Parkın genişləndirilməsi ilə bağlı həyata keçirilən işlərin gedişatı ilə tanış olmuşdur.
İyun ayının 20-də Bakı şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda geniş nitqlə çıxış edən ölkə başçısı Bakı şəhərinin qəsəbələrinin gələcək sosial-iqtisadi inkişafı istiqamətində müvafiq qurumlar qarşısında bir sıra vəzifələr qoymuşdur.
Konfransdan dərhal sonra Ölkə başçısı cənab İlham Əliyevin 22 iyun 2012-ci il tarixli sərəncamı ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Əlavə Tədbirlər Planı təsdiq olunmuş və bu plana uyğun olaraq Səbail rayonunda təhsil sahəsi üzrə 6 bənd, Əhalinin təhlükəsizliyi tədbirləri üzrə isə 5 əlavə bənd Dövlət Proqramına salınmışdır. Belə ki, təhsil sahəsi üzrə 2012-2013-cü illərdə rayondakı 7, 163 saylı orta məktəblərin binalarının, 190 saylı orta məktəbin akt və idman zalının, 157 saylı uşaq bağçasının, "Turac" uşaq bağçasının binalarının əsaslı təmiri, 70 saylı uşaq bağçasının əsaslı təmiri və əlavə musiqi zalı və 3 otağının tikintisi, Əhalinin təhlükəsizlik tədbirləri üzrə 2012-2013-cü illər ərzində Bibiheybət qəsəbəsində və Badamdar qəsəbəsində yanğından mühafizə bölməsinin tikintisi, həmçinin Badamdar qəsəbəsi, 1-ci, 2-ci və 3-cü yaşayış massivlərində hər birinin həcmi 100 kubmetr olan 3 ədəd yanğına qarşı su hovuzlarının tikintisi nəzərdə tutulmuşdur.
İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səbail rayonunun Badamdar qəsəbəsində Heydər Əliyev parkının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.
2012-ci ilin yanvar-dekabr aylarında Səbail rayonu üzrə sənaye müəssisələri tərəfindən 23 milyard 949,1 milyon manatlıq və ya əvvəlki ilin müvafiq ilin dövründə olduğundan 5.6 % az məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 95.3 faiz olmuşdur. 2012-ci ilin yanvar-dekabr aylarında istehlakçılara 23924.2 milyon manatlıq, o cümlədən sənaye müəssisələrinin öz istehsalı olan 23919.0 milyon manatlıq məhsul göndərilmiş və xidmətlər göstərilmişdir. 2012-ci ilin yanvar-dekabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən görülən iş və xidmətlərin həcmi 633.4 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,9 % az olmuşdur.
Nəqliyyat üzrə əldə olunan gəlirin 4.8 faizi quru yol nəqliyyatının, 19.3 faizi su nəqliyyatının, 54.4 faizi hava nəqliyyatının, 21.5 faizi köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrin payına düşür
. 2012-ci ilin yanvar-dekabr ayları ərzində rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 913,5 milyon manatlıq və ya 2011-cu ilin müvafiq dövrünə nisbətən 13,4 % çox rabitə xidmətləri göstərilmişdir. Əldə olunan gəlirin 15.0 %-i dövlət, 85.0 %-i isə qeyri dövlət müəssisələri tərəfindən əldə olunmuşdur.
2012-ci il ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 4303,9 milyon manat olmuşdur ki bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21,4 % artmişdır. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 1229.3 milyon manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti quraşdırma işləri 7% artmışdır. Əsas kapitala yönəldilmiş xarici investisiyanın istifadə edilmiş xüsusi çəkisi 71.5 % və ya 2565.8 milyon manat, daxili investisiyanın xüsusi çəkisi isə 28.5 % və ya 1022.0 milyon manat təşkil edir.
2012-ci ilin yanvar-noyabr ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 100074 nəfər, orta aylıq əmək haqqının məbləği isə 950,5 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 5,6 % çoxdur.
Daha sonra tədbir rayonda yaşayan yaşlı nəslin bəzi nümayəndələrinin mükafatladırılması ilə davam etdi. Onlara qiymətli hədiyyələr təqdim olundu. Tədbirdə rayonun məktəbliləri və onları yetişdirən müəllim kollektivi də qiymətli hədiyyələrlə mükafatlandırıldılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB