Bahar Muradova: "Əylisli, açıq şəkildə de görək sən kimsən?!"

Bahar Muradova: "Əylisli, açıq şəkildə de görək sən kimsən?!"

"Əkrəm Əylislinin əsəri böyük xəyanətdir. Burada təkcə Ermənsitandan gəlmiş azərbaycanlılar və qarabağlılar deyil, eləcə də bütün xalq səsini qaldırmalıdır". SİA-nın məlumatına görə, bu fikriləri çıxışında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

O bildirib ki, əsərdə Azərbaycan vətəndaşlarına ayamalar qoyulur: "Biri dəliyə, biri qabana bənzədilir. Mətbuatda bu obrazların prototiplərini axtarırlar. Çox zəif, hər şeydən qorxan aktyor obrazı kimi əsərində göstərdiyi, elə onun özüdür. O, bu illər ərzində Azərbaycanda aktyor rolunu oynayıb. Bu dırnaqarası həqiqətlər arasında yaşadığın xalqdan özünü üstün tutmaq üçün lazımdır. Mən həmişə düşünürdüm ki, niyə Əkrəm Əylisli Azərbaycanda həqiqi qələm sahibi olmadığını söyləyib. Söyləyir ki, Əylis kəndində evlərdə ruhlar, cinlər gəzir".

B.Muradova Əylisliyə müraciət də ünvanlayıb: "Əkrəm Əylisli, səni əmin edirəm ki, istər Qarabağda, istərsə də Ermənsitanda həlak olan azərbaycanlıların ruhu heç vaxt səni rahat buraxmayacaq. Bizə açıq şəkildə de görək sən kimsən?! De ki, biz də birdəfəlik işimizi bilək!".

Vitse- spiker həmçinin Əkrəm Əylislinin titullarından da danışıb: "Əgər o adlar ona rahatlıq verirsə qoy daşısın, əgər rahatlıq vermirsə getsin erməni qohumlarının yanına".

Spiker Oqtay Əsədov isə deyib ki, bu gün səhər "Azadlıq radiosu"nda Əkrəm Əylislinin verdiyi müsahibəyə qulaq asıb: "Adam xəcalət çəkir. Qanı qanımızdan olan insan necə belə ola bilər? Əgər bu insan bunu 2007-ci ildə yazmışdısa, niyə indi çap olunur? Məqsədi nədir? Bundan da böyük ad qazanmaq istəyirdi? Sadəcə, yiyələrindən tapşırıqlar alıb. Nobel alsa belə, Azərbaycan xalqının nifrətindən qaça bilməyəcək. Niyə Ermənistanda 90 uşağı borunun içərisinə doldurub qaynaq edilməsindən yazmır? Əgər onu dəstəkləyən varsa, o da şübhəli adamdır. Əkrəm Əylisliyə xalq, deputatlar qiymətini verdi. Azay Quliyevin yazısı da xoşuma gəldi, hər dədəsinin gözünü çıxaran Koroğlu olmur".

O.Əsədov Əylisinin müdafiə edənləri də tənqid edib: "Onu müdafiə edən adamlar özləri də Əkrəm Əylisli qədər şübhəli adamlardır".

Bütün xəbərlər Facebook səhifəmizdə