Azərbaycan Milli Məclisi bu gün yaz sessiyasının ilk plenar iclasına başlayıb. SİA-nın məlumatına görə, sessiyanın açılışında Azərbaycanın dövlət himni səsləndirilib.
Açılış edən spiker Oqtay Əsədov AŞPA-da Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatının qəbul olunmaması barədə danışıb və bunun Azərbaycan dövlətinin və xalqının qələbəsi olduğunu bildirib.
Daha sonra Əsədov yaz sessiyasının iş planından danışıb. Spiker sessiya çərçivəsində bir sıra qanunların müzakirəsi ilə yanaşı, hökumətin hesabatının, 2012-ci il büdcəsinin icra vəziyyətinin müzakirəsi, Hesablama Palatasının, Ombudsmanın və bələdiyyələrlə bağlı illik hesabatın dinləniləcəyini deyib.
Qeyd edək ki, bugünkü iclasın gündəliyində 12 məsələ var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB