Bu gün bir qrup gənc Əkrəm Əylislinin evinin qarşısında etiraz aksiyası keçirib. SİA-nın verdiyi xəbərə görə, Qaçqın və Məcburi Köçkün Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən aksiyada gənclər "Daş yuxular" romanına etiraz əlaməti olaraq "Əkrəm ölkədən cəhənnəm ol!", "Erməniyə niyə uydun?!", "Erməni Əkrəm, çıx ölkədən!" "Sünnət olmuş erməniyə ar olsun", "Düşmənə niyə uydun"və s. şüarlar səsləndiriblər. Aksiyaçı gənclər etiraz əlaməti olaraq Ə. Əylislinin şəklini, romanın adı yazılan plakatları yandırıblar.
Aksiyaçılar polisin müdaxiləsi ilə hadisə yerindən uzaqlaşdırıblar. Onların bəziləri müqavimət göstərməyə cəhd etsədə polis onları hadisə yerindən uzaqlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB