"Ehtiyatda və istefada olan zabitlər" İctimai Birliyinin keçirdiyi mətbuat konfransında döyüş bölgəsində xidmət edən zabitlərin pul təminatının əsassız şəkildə azaldıldığı qeyd edilir. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, tədbirdə səslənən fikirlər həqiqəti əks etdirmir və bir sıra hallarda şişirdilmiş "faktlarla" ictimai rəydə çaşqınlıq yaradılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyun 1998-ci il tarixli qərarı ilə hərbi qulluqçuların vəzifə maaşları orta hesabla 3.5, hərbi rütbəyə görə maaşlar isə orta hesabla 2 dəfə artırılıb. Həmin qərarla da döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların vəzifə və rütbə maaşları ikiqat həcmdə ödənilməyə başlanılıb.
Bildiririk ki, Nazirlər Kabinetinin bu qərarı təkcə Müdafiə Nazirliyinə deyil, həm də döyüş əməliyyatlarında iştirak etmiş digər güc strukturlarının hərbi qulluqçularına da şamil olunub. Müdafiə Nazirinin müvafiq əmri də məhz Nazirlər Kabinetinin həmin qərarına əsaslanıb. Beləliklə, adı çəkilən normativ hüquqi aktların qəbul edilməsi nəticəsində döyüş bölgəsində xidmət edən hərbi qulluqçuların pul təminatı nəinki azalmış, əksinə orta hesabla 2.5 dəfə artıb.
Bu səbəblərə görə də İctimai Birliyin Müdafiə Nazirliyinə qarşı qaldırdığı iddialar məhkəmələr tərəfindən rədd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB