Əflatun Amaşov: “Aksiyalarda jurnalist bitərəf olmalı, prosesi kənardan izləməlidir”
"Aksiyalarda jurnalist bitərəf olmalı, prosesi kənardan izləməlidir". SİA-nın verdiyi xəbərə görə, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərə verdiyi açıqlamada deyib. Onun sözlərinə görə, aksiyalarda jurnalistlərin fəaliyyəti məsələsi daim gündəmdə olub və burada hər hansı problemin yaranmaması üçün Mətbuat Şurası bir sıra addımlar atır: "Kütləvi aksiyalardan reportaj hazırlayan müxbirlər kənarda dayanmalı, xüsusi gödəkcə geyinməlidirlər. Jurnalist peşə fəaliyyətini yerinə yetirərkən kütləvi tədbirlərdə şüar səsləndirməməlidir. Bu məsələyə dair ATƏT-lə birgə tədbirin keçirilməsi də nəzərdə tutulub. Mətbuat Şurası aksiyalarda jurnalistlərin fiziki maneələrlə rastlaşmaması istiqamətində də ciddi fəaliyyət göstərir. Əvvəllər belə hadisələr baş versə də, bu gün belə hallar kəskin azalıb. Son hadisələr göstərir ki, əyinlərində jurnalist gödəkcəsi olanlara təzyiq halları demək olar ki, olmur".
Ə.Amaşov bildirdi ki, polis jurnalistlərin aksiya zamanı fəaliyyətinə maneə ola bilməz: "Əgər belə hallar baş verərsə, bununla bağlı qurum zəruri addımlar atacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB