2012 ci ildə Rusiyada fəaliyyəti dayandırılmış Milli Demokratiya və Beynəlxalq Respublikaçılar İnstitutu öz əməkdaşlarını ölkədən çıxarmağa başlayıb və indiyə qədərki diplomatik səylərin heç bir səmərə vermədiyini əyani təsdiq ediblər. Bu addım Rusiya və ABŞ arasında soyuq münasibətlərin daha bir fazası sayılmaqdadır. Belə ki,demokratikləşməyə dəstək fondları kimi ixtisaslaşmış mərkəzlərin arzuolunmazlığı Rusiya əleyhinə beynəlxalq əks təbliğatda ən çox səslənən ittihamlardan birinə çevrilib. SİA-nın verdiyi xəbərə görə bu fikirləri millət vəkili Zahid Oruc sosial şəbəkədəki səhifəsində paylaşıb.
Amerikanın dünya idarəçiliyində mühüm həlqələrdən olan belə qurumların işində dövlət mənafelərinin nə qədər gizləndiyini və konspirologiyalar haqda mülahizələri bir kənara qoysaq, deməliyik ki, Rusiya əvvəldən bu təşkilatlara casus şəbəkəsi kimi yanaşırdı. Xüsusilə də seçki dövründə xarici mərkəzlərin təmsilçiləri şübhəli əlaqələrdə ittiham edilir, tərəf tutmaqda və Putin əleyhinə düşərgəni təşkilatlandırmaqda suçlanırdı. Dəfələrlə müxalifət rəhbərlərini qəbul etmələrinə hakimiyyətin reaksiyası fonunda ABŞ-la diplomatik skandallar meydana çıxmışdı.
Ötən il dövlətə xəyanətlə bağlı yeni qanundan sonra sözügedən mərkəzlər artıq burada qalmağın təhlükəli olduğunu yəqin edərək getmək qərarını verdilər. Çünki onlarla əməkdaşlıq agentura fəaliyyəti və ölkənin mənafelərinə qəsd kimi qiymətləndirilir, 20 ildən artıq həbs cəzası ilə onları təqib edirdilər. Yaxud, onlara Rusiya kəşfiyyat orqanları ilə əlaqəyə girmək təklif olunurdu.
Düzdür, bu hələ son deyil. Lavrov bəyan edib ki, Britaniyadan olan humanitar mədəniyyət təşkilatları və Amerikanın iki mötədil qurumu qalıb işləyə bilər, lakin əsas siyasi oyunçuların persona non qratası ölkə ətrafında elə bir səs küy yaradıb ki, sanki bütün amerikalılar Rusiyanı tərk edir.
Ruslar özləri də Vətənlərini qoyub gedirlər. Statistiaka çox amansız bir fenomendir. İldə 2 milyondan çox rus yaxşı güzəran və azad məmləkət axtarışı ilə Putinə əlvida deyirlər.
Bu da bir seçkidir. Ayaqları ilə verilən səslər. Putinin saymadıqları və ya saydıqları...
Yadıma Əmir Teymurun 700 minlik ordusunun taleyi düşür. Yeni ərazilərin ələ keçirilməsində fasilələr və hərbi qənimətlərin tükənməsi halında gecələr atların ayaq səsləri xəbər verirdi ki, onu tərk edirlər…
Nə fərqi var, ya atın, ya da adamların ayaq səsləri...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB