Azərbaycan dünya iqtisadiyyatına öz töhvəsini verib

Azərbaycan dünya iqtisadiyyatına öz töhvəsini verib

Davos İqtisadi Forumunun bu ilin aprel ayında Bakıda keçirilməsi Azərbaycanın iqtisadi diplomatiyasının qələbəsi və uğurudur. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Davos İqtisadi forumunun ölkəmiz üçün əhəmiyyətindən danışarkən deyib.

A.Hüseybov bildirib ki, bu forum Davosdan kənarda bir dəfə Amerikada (ABŞ) təşkil olunub, ikinci bir hal kimi isə bu İqtisadi forum Azərbaycanda keçiriləcək: "Bu isə ölkəmizə olan inamın, marağın bariz göstəricisidir. Bununla belə iri şirkətlərin biznes mərkəzlərinin Azərbaycanda toplaşması eləcə də aparıcı dövlətlərin iqtisadiyyatla məşğul olan nümayəndələrinin ölkəmizə səfəri bu "Odlar diyarı"nın daha da dərindən öyrənilməsinə və ölkəmizdəki biznes, investisiya qoyuluşu potensialının inkişafına əlverişli şərait yaradacaq. Azərbaycan həm siyasi həm iqtisadi həm dünya siyasətinə və iqtisadiyyatına öz töhvəsini vermiş bir ölkədir".

Bütün xəbərlər Facebook səhifəmizdə