İbrahimi uğur qazanmadığını etiraf edəcək?

İbrahimi uğur qazanmadığını etiraf edəcək?

BMT və Ərəb Birliyinin Suriya üzrə xüsusi təmsilçisi Əl Ahdar İbrahiminin bu gün BMT Təhlükəsizlik Şurasında çıxış edərək Suriya ilə bağlı təmaslarında uğur qazanmadığını etiraf edəcəyi gözlənilir. SİA-nın məlumatına görə, BMT-dəki mənbələrə görə, İbrahimi uğur qazanmadığını açıqlasa da vəzifəsini davam etdirəcək. Diplomatik mənbələr keçən həftə Nyu-Yorkda Təhlükəsizlik Şurasına üzv olan ölkələrin təmsilçiləriylə bir sıra görüşlər keçirən İbrahiminin "Əlimdə həll istiqamətində hər hansı plan yoxdur. Bu günkü şərtlərdə həll planı hazırlamağım mümkün də deyil" deyəcəyini bildirirlər. Təhlükəsizlik Şurasına həm Əsəd rejiminin, həm də müxalifətin dialoqa girmək niyyətinin olmadığını söyləməsi gözlənilən İbrahiminin olduqca bədbin bir tablo çəkdiyini qeyd edən mənbələr əlcəzairli diplomatın Rusiyanın Suriya siyasətindən məmnun olmadığını qeyd edir. Diplomatik mənbələr İbrahiminin bu günə qədər olduğu kimi, bundan sonra da Suriyada bazarlıqlar nəticəsində siyasi dəyişikliyi müdafiə edəcəyini vurğulayırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə