Seymur Orucov: “Hər bir gənc azərbaycanlı olması ilə fəxr etməlidir”

“Çalışacayıq ki, bu seçkilərdə YAP-ın gəncləri təbliğat, təşviqat qrupunda aktiv iştirak etsinlər”
Seymur Orucov: “Hər bir gənc azərbaycanlı olması ilə fəxr etməlidir”

Hesab edirəm ki, bizim fəaliyyətimiz qənaətbəxş hesab edilə bilər. Təbii ki, biz daha çox işləməli, çalışmalı və yeni layihələr həyata keçirməliyik. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Gənclər birliyinin (GB) sədri Seymur Orucov 2 fevral Gənclər günü münasibətilə gənclərin qazandığı nailiyyətlərdən danışarkən belə deyib.

YAP GB-nın sədri bildirib ki, 2011-ci il 29 yanvar tarixində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Qəbələ rayonunda hesabat seçki konfransı keçirilib: "Biz artıq həmin proqram çərçivəsində qarşıya qoyulan məqsədlərin icrasına başlamışıq. Ən əsası da regionlarda bu istiqamətdə işlərimizi daha da artırmalıyıq. Bu sahədə bizim yetərincə planlarımız vardır. Bu il üçün əsas işimiz gənclər birliyinin regional toplantılarını həyata keçirmək və 2013-cü ilin fevral ayının 10-dan 15-dək Oğuz rayonunda qış məktəbinin təşkili olacaq. Biz burada bir çox məsələləri müzakirə edəcəyik. Əsas məqsədimiz odur ki, regionlarda və paytaxda gənclərlə birlikdə sosial şəbəkələrdən istifadə qaydalarını müzakirə edək və Azərbaycanın uğurlarını paylaşmaqla daha da aktivliyə nail olaq. Bundan başqa bizim anım günləri, bayramlarla eləcə də xalqımızın taleyində müsbət rol oynayan şəxslərlə bağlı tədbirlərimiz də olacaq. Məlumdur ki, bu il növbəti dəfə prezident seçkiləri keçiriləcək. Çalışacayıq ki, bu seçkilərdə YAP-ın gəncləri təbliğat, təşviqat qrupunda aktiv iştirak etsinlər".

S.Orucov 2 fevral Gənclər günü münasibətilə bütün gəncləri təbrik edib və onlara işlərində, təhsillərində eləcə də gələcək həyatlarında uğurlar arzulayıb: "Hər bir gənc azərbaycanlı olması ilə fəxr etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə