Asim Mollazadə: “Azərbaycan Ermənsitana təzyiqlərini artırmalıdır”
"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə tərəfdardır". Bunu SİA-ya açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri (DİP), millət vəkili Asim Mollazadə Paris görüşünün nəticələrinə şərh verərkən deyib.
Onun sözlərinə görə, münaqişənin həllində Azərbaycana təcili sülh lazımdır: "Azərbaycan bütün imkanlardan istifadə edərək danışıqları davam etdirməlidir. Buna baxmayaraq, münaqişənin tənzimlənməsində Azərbaycanı ATƏT-in Minsk qrupunun fəaliyyəti qane etmir. Çünki Ermənistan son vaxtlar danışıqların emitasiyasına son qoyub. Bu proses də status-kvonun saxlanmasına şərait yaradır. Azərbaycan tərəfi beynəlxalq təşkilatların, nüfuzlu ölkələrin imkanlarından istifadə edərək danışıqlar prosesini yenidən davam etdirmək və nəticə əldə etmək niyyətindədir. Bunun üçün də Azərbaycan təzyiqlərini artırmalı və Ermənistanı destruktiv mövqeyindən çəkindirməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB