Əliməmməd Nuriyev: “Davos forumu yeni prespektivlərə yol açacaq” MÜNASİBƏT

“Azərbaycan dünyada əsas iqtisadiyyat partnyorlarından biri sayılır”
Əliməmməd Nuriyev: “Davos forumu yeni prespektivlərə yol açacaq” MÜNASİBƏT

"Bu gün Azərbaycan dünyada əsas iqtisadiyyat partnyorlarından biri sayılır. Hesab edirəm ki, bu baxımdan forumun Bakıda keçirilməsi ən mütərəqqi hadisələrdən biri kimi dəyərləndirilməlidir". Bunu SİA-ya "Konstitusiya" Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev bildirib.

Fond sədrinin sözlərinə görə, ölkəmiz üçün Davos İqtisadi forumu çox əhəmiyyətli tədbirlərdən biridir: "Bu forum vasitəsilə dünyada gələcək iqtisadi inkişafla bağlı məsələlər, tendensiyalar müzakirə olunur. Buna əyani misal olaraq Prezident İlham Əliyevin Davosda keçirdiyi görüşləri göstərə bilərik. Nəzərə almaq lazımdır ki, cənab Prezident 2013-cu ili İnformasiya Kommunikasiya ili élan edib: "Məlumdur ki, iqtisadiyyat sahəsində əməkdaşlıq həm də siyasi, geopolitik münasibətlərin inkişaf etdirilməsinə əlavə təkan verir. Azərbaycan da bu baxımdan dünyada sürətlə inkişaf edən ölkələrdən biridir. Hesab edirəm ki, ölkəmizin bu forum vasitəsilə dünyanın ən aparıcı yüksək rəsmiləri səviyyəsində iştirakı, Azərbaycan üçün yeni prespektivlərə yol açacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə