Rauf Zeyni: “Davos forumunun Bakıda keçirilməsi ölkəmizin qələbəsidir” MÜNASİBƏT
"Hesab edirəm ki, Davos İqtisadi forumunun Bakıda keçirilməsi ölkəmizin növbəti qələbəsidir. Bu forum Azərbaycanın iqtisadiyyatı, inkişafı eləcə də dövlətimizin dünyaya özünü bir daha tanıtdırması və s. üçün çox önəmli hadisələrdən biridir". Bunu SİA-ya Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.
Milli QHT rəhbərinin sözlərinə görə, Davos forumunun paytaxt Bakıda keçirilməsi həm ölkə prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasi fəaliyyətinin müsbət nəticəsi, həm də dövlətimizə olan böyük maraq və etimaddır: "Düşünürəm ki, bu forum iqtisadiyyatımızın inkişafına böyük təkan olacaq. Çünki aparıcı dövlətlərin, şirkət nümayəndələri rəhbərlərinin paytaxtda biraraya gələrək həm Bakının inkişafını görməsi, həm iqtisadiyyatımızın inkişaf mərhələlərini təhlil etməsi müsbət hadisələrdən biri kimi dəyərləndirilir. Biz bu kimi tədbirlərlə dünya ictimaiyyətinə öz mövqeyimizi çatdırırıq. Birmənalı olaraq dünyaya çatdırmaq istəyirik ki, Azərbaycan iqtisadi cəhətdən sabit, stabil inkişaf edən ölkələrdən biridir. Amma çox təəssüflər olsun ki, Azərbaycan torpaqlarını 20 ildən artıqdır ki, işğal altında saxlayan, bir milyondan çox qaçqın və məcburi köçkünləri öz yurd-yuvalarından didərgin salan bədnam qonşularımız regionda sabitliyin ən böyük təhlükə mənbəyidir. Bu kimi tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın regionda sülh tərəfdarı olduğunu göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB