Jurnalist heç bir halda bu və ya digər tərəfin, xüsusilə də jurnalistika fəaliyyəti ilə məşğul olduğu zaman heç bir tərəfin mövqeyindən çıxış etməli deyil. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli Xədicə İsmayılın aksiyalarda siyasi şüarlar səsləndirməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Xədicə İsmayıl və onun çalışdığı "Azadlıq radiosu"nun da mövqeyi və tutduqları tərəf hər kəsə məlumdur: "Aksiyada jurnalist siması ilə iştirak edən təkcə Xədicə İsmayıl deyildi. Onunla bərabər bir çox "jurnalist"lər də vardı ki, aksiya boyu tərəf kimi iştirak edir, eyni zamanda siyasi şüarlar səsləndirirdilər. Xüsusilə Xədicə İsmayıl konkret mövqe nümayiş etdirirdi. Onun çalışdığı "Azadlıq radiosu" nun da konkret mövqeyi var. "Azadlıq radiosu"nun Azərbaycan və Ermənistan redaksiyalarının saytlarına diqqət yetirdikdə görürük ki, onların mövqeyi tamamilə fərqlidir. Erməni redaksiyasının mövqeyi Ermənistan dövlətinin maraqlarını ifadə edir. Burada Ermənistanın əleyhinə olan bir faktor görmək mümkün deyil. Ancaq Azərbaycan redaksiyasının mövqeyi konkret bir siyasi qüvvənin, beynəlxalq təşkilatların Azərbaycana qarşı olan insanların mövqeyini nümayiş etdirməkdir. Buna görə də Xədicə İsmayıl da, onun çalışdığı "Azadlıq radiosu" da özünü konkret tərəf kimi təqdim edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB