"İsa Qəmbərin bu səfəri ona piar kimi nəzərdə tutulub"

Elçin Mİrzəbəyli: “Onun ətrafında şou yaradılmasına ehtiyac yoxdur”
"İsa Qəmbərin bu səfəri ona piar kimi nəzərdə tutulub"

İsa Qəmbər Lənkaranda hər hansı bir görüş keçirsəydi belə onun ətrafına 5-6 adam ancaq toplanardı. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli Müsavat başqanı İsa Qəmbərin Lənkərana uğursuz səfərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, İsa Qəmbərin bu səfəri ona piar kimi nəzərdə tutulub: "Hesab edirəm ki, İsa Qəmbərin ətrafında şou yaradılmasına ehtiyac yoxdur. Bu baxımdan onlar məqsədyönlü şəkildə bir hadisənin üzərinə gedirlər. Müsavat Partiyasının regiondakı mövqeyi və gücü hər kəsə məlumdur. Ona görə də Lənkaranda olan 5-6 nəfərlik partiya üzvünün ictimai rəyə təsir etmək imkanları yoxdur. Bu baxımdan İsa Qəmbər ölkədə ictimai rəyə nə qədər təsir etməyi bacarırsa bir region daxilində də o qədər təsir edəcək. Hesab edirəm ki, bu minumuma bərabərdir".

E.Mirzəbəyli yanvarın 26-da keçirilən aksiyaya münasibət bildirərkən qeyd etdi ki, aksiyaçılar zorakılıq və hər hansı bir şəxsin əmlakının yandırılması hadisəsinin cinayət olduğunu başa düşməlidirlər: "Radikal müxalifət nümayəndələri cinayət hadisəsinə olduğu kimi qiymət verməmələri, bu insanların siyasi baxımdan uzaqgörən olmadıqlarını sübuta yetirir. Xaos və qarşıdurma istənilən formada demokratik proseslərin inkişafına ziyan vuran faktordur. Ölkədə vətəndaş cəmiyyəti quruculuğunun inkişafını istəyən, siyasi partiyaların cəmiyyətdəki rolunun artırılmasını istəyən siyasətçi qarşdurmanı, xaosu, cinayət hadisəsini pisləməlidir. Təəssüflər olsun ki, nə İctimai Palata nə də digər müxalifət partiyalarının timsalında bu mövqe müşahidə olunmadı".

Bütün xəbərlər Facebook səhifəmizdə