Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü gözlənilir. SİA-nın xəbərinə görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun həmsədrlərlə görüşmək üçün Parisə səfəri başlayıb. Görüş zamanı nazir ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yeni ideyaları müzakirə edəcəklər. Həmçinin bu gün Minsk Qrupu həmsədrlərinin Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da görüşü gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB