İsraildən Suriyaya müdaxilə təhdidi

İsraildən Suriyaya müdaxilə təhdidi

İsrail Bəşər Əsədin əlində olduğu iddia edilən kimyəvi silahlarının müxaliflərin əlinə keçdiyi təqdirdə Suriyaya müdaxilə edə biləcəyini bəyan edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İsrail kimyəvi silahları olduğu iddia edilən Bəşər Əsədi özünə təhdid hesab etməsə də, sözügedən silahların müxaliflərin əlinə keçdiyi təqdirdə ölkəsinə təhdid ola biləcəyini və bu zaman müdaxilənin qaçılmaz olduğunu bəyan edib. İsrail baş nazirinin müavini Silvan Şalom Əsəd rejiminin əlindəki kimyəvi silahların müxaliflərin və ya Hizbullahın əlinə keçməsi halında hərbi müdaxilə olunacağını bildirib. Baş nazir Benyamin Netenyahunun bu həftə təhlükəsizlik şefləri ilə müzakirə apardığını da doğrulayan Şalom İsrail Ordu Radiosuna verdiyi açıqlamda deyib ki, "Belə bir hadisə bütün qırmızı xətlərin keçildiyi və fərqli bir münasibətə ehtiyac olduğunu göstərir. Buna qabaqlayıcı tədbirlər də daxildir".

Eyni radioya açıqlama verən İsrail Mülki Müdafiə naziri Avi Dihterə isə, Əsəd rejiminin şökmək üzrə olduğu və Suriyanın İsrail üçün hər hansı bir təhdid yaratmadığını deyib.

Qeyd edək ki, İranın Ali dini lideri Ayətulla Əli Xamneyinin xaric işlər üzrə müşaviri Əli Əkbər Velayeti Suriyaya edilən hər hansı bir müdaxilənin İrana edilmiş sayacaqlarını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə