Səməd Seyidov: "AŞPA Azərbaycanla konstruktiv əməkdaşlığa hazırdır"

Səməd Seyidov: "AŞPA Azərbaycanla konstruktiv əməkdaşlığa hazırdır"

"Avropa Şurası öz Parlament Assambleyasında müzakirələr bir daha göstərdi ki, Azərbaycana qarşı bu kimi cəhdlər artıq Avropanın özünə təhlükə yaratdığı üçün Avropa tərəfindən rədd olunur". Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin sədri, qurumun vitse-prezidenti Səməd Seyidov bu gün keçirdiyi mətbuat konransında belə deyib.

Səməd Seyidov: "AŞPA-nın qış sessiyasında bir daha sübüt etdi ki, Azərbaycanla konstruktiv əməkdaşlığa hazırdır. Bu uğur tək Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin deyil, Azərbaycanın həyata keçirdiyi, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin uğurudur", deyə bildirb.

Millət vəkilinin sözlərinə görə, Ştrasser məruzəsi ilə hiyləgər məqsədlərə xidmət etməklə Azərbaycana təsir göstərmək üçün insan haqları, demokratiya kimi ali dəyərlərdən istifadə etmək cəhdi göstərildi. S.Seyidov vurğulayıb ki, bu gün Azərbaycan Parlamentinin dostluq qruplarının sayı, onun nüfuzu kifayət qədər artıb: "AŞ PA-nın qış sessiyasından əvvəlki dövrdə Rusiya, Ukrayna, Moldova, Fransa, Böyük Britaniya, İtaliya və bir sıra digər ölkələrin parlamentləri ilə müxtəlif səviyyələrdə Azərbaycanın mövqeyinin çatdırılması ilə bağlı işlər görülüb".

Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin sədr müavini Əli Hüseynli bildirib ki, məruzəçilərdən Aqramuntun "Ermənistan Azərbaycanın torpaqlarının işğalçısıdır" deməsi həmin məruzəçilərə qarşı təzyiqlərin göstərilməsinə səbəb olub.

Sədr müavini deyib ki, Azərbaycanda siyasi məhbus yoxdur, bu, sadəcə Ştrasserin təfəkküründə, düşüncəsində olan məsələdir.

Bütün xəbərlər Facebook səhifəmizdə