Musa Quliyev: “Davos Forumu investisiya qoyuluşuna zəmin yaradacaq”
Azərbaycanın son illərdə Davos Forumunda bir qayda olaraq prezident İlham Əliyevin başçılığı ilə geniş tərkibdə təmsil olunması heç də təsadüfi deyil. Bu forumda həmişə Azərbaycanla bağlı müzakirələr olur, müqavilələr bağlanılır, eləcə də ölkəmizin iqtisadi inkişafı ilə bağlı məsələlər gündəmə gətirilir. Bunu SİA-ya millət vəkili Musa Quliyev Davos Forumunun ölkəmiz üçün əhəmiyyətindən danışarkən bildirib.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyev Davos Forumunda dünyanın bir sıra aparıcı ölkələrin rəhbərləri və şirkət nümayəndələri ilə görüşündə də Azərbaycanın iqtisadi uğurları və bu uğurların həmin ölkələrin iqtisadiyyatına verdiyi töhvələri müzakirə edib: "Bu forumun Bakıda keçirilməsi dünya dövlətləri tərəfindən ölkəmizə verilən yüksək qiymətin bariz nümunəsidir. Ümumiyyətlə, tək bu forum deyil eləcə də iqtisadiyyatla, idmanla, mədəniyyətlə, böyük siyasi-hüquqi məsələlərin araşdırılması ilə bağlı beynəlxalq konfransların, toplantıların Azərbaycanda davamlı olaraq keçirilməsi, artıq ölkəmizin beynəlxalq nüfuzunun, imicinin artıdığından xəbər verir.
M.Quliyev hesab edir ki, heç şübhəsiz bu forumun Azərbaycanda keçirilməsi həm ölkəmizin iqitsadiyyatına, biznes əlaqələrinə, ümumilikdə isə dövlətimizin beynəlxalq iqtisadi münasibətlərinə müsbət təsir göstərəcək: "Bununla belə Davos forumu ölkəmizə dünyanın aparıcı şirkətləri tərəfindən investisiya qoyuluşuna başlıca zəmin yaradacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB