Erməni deputat Azərbaycanın lehinə olub

Erməni deputat Azərbaycanın lehinə olub

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) almaniyalı deputat Kristof Ştrasserin təklif etdiyi Azərbaycanda "siyasi məhbus" məsələsi haqqında qətnamə layihəsinin əleyhinə səs verənlər arasında erməni deputat da olub. SİA-nın məlumatına görə, o Rusiya Dövlət Dumasının deputatı, milliyyətcə erməni Ter Avanesov Aleksandr Borisoviçdir.

Məlumat üçün bildirək ki, Azərbaycanın əleyhinə hazırlanmış "siyasi məhbus" məsələsi haqqında qətnamə səsvermənin sonunda qəbul olunmayıb.

Qeyd edək ki, Ter Avanesov 1969-cu il oktyabrın 13-də Bakı şəhərində anadan olub.

Bütün xəbərlər Facebook səhifəmizdə