"Ankara Avropa Birliyini Şanxay Əməkdaşlıq Təşkilatına dəyişə bilər. Avropa Birliyi əslində Türkiyəni unudub. Ankaranın başına sığal çəkməkdənsə, üzvlüyə almırıq açıqlansa, daha münasib olar. Hökumət rəhbərinin qınağından NATO da kənarda qalmayıb. Vaxtilə müsəlman ölkəsi olan Türkiyəni sıralarına qəbul edən hərbi alyans həmin müsəlman ölkəsini öz ailəsinə üzv qəbul etməyi düşünmür, həm də beten gücü ilə sədd çəkir". SİA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, bu fikirləri yerli "24 TV"-nin suallarını cavablandıran baş nazir Rəcəb Tayyib Ərdoğan deyib.
Baş nazir Türkiyənin üzvlük məsələsini yubadan Avropa Birliyini tənqid atəşinə tutub. Avropa Birliyini NATO-nun səhvindən dərs almağa çağıran Türkiyə rəsmisi xatırladıb ki, ölkəsinin Şanxay beşliyinə qəbul edilməsi barədə Rusiya prezidenti Vladimir Putinə bir təklif irəli sürüb.
Ərdoğan açıq şəkildə ifadə edib ki, Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatının üzvlüyünə alınarsa, rəsmi Ankara Avropa Birliyinə "əlvida" deyər. Sözü gedən təşkilatı daha güclü qurum kimi qələmə verən baş nazir Pakistan və Hindistanın bura üzv olmaq istəyini də gizlətməyib.
Türkiyə nazirlər kabinetindəki dəyişiklərə gəlincə, Ərdoğan vurğulayıb ki, kabinet üzvlərində əbədi vəzifə deyilən bir anlayış yoxdur. Ərdoğanın sözlərinə görə, dəyişiklik səbəbində heç bir nazir məsuliyyətsizliyindən söhbət gedə bilməz və əksinə vəzifə icrasında zəiflik olmasın deyə, bu addım reallaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB