Davos İqtisadi Forumu və bu kimi digər forumların ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə əhəmiyyətinin və rolunun nə dərəcədə artdığını göstərir. Bunu SİA-ya Milli Məclisin vitse-spikeri Bahar Muradova Davos İqtisadi Forumunun ölkəmiz üçün əhəmiyyətindən danışarkən deyib.
Milli Məclisin vitse-spikerinin sözlərinə görə, İnkişaf etməkdə olan Azərbaycan artıq dünya ölkələrində mövcud problemlərin həlli yollarının axtarılıb tapılmasına öz töhvələrini verir: "Bununla belə ölkəmiz dəfələrlə bu kimi tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. Hesab edirəm ki, Davos İqtisadi Forumu həm təşkilatçılığı həm qarşısına qoyduğu hədəflərə çatmaq, həm də Azərbaycanı bir təşkilatçı dövlət kimi ö üzərinə götürdüyü vəzifələri layiqincə yerinə yetirmək baxımından xüsusi əhəmiyyət kəsb edəcək. Bu forum dövlətimizin nəinki dünyanın enerji təhlükəsizliyi məsələlərinin həll olunmasında, eləcə də dünya qarşısında dayanan bir sıra problemlərin həllində öz nümunəsini ortaya qoyması baxımından müsbət dəyərləndiriləcək. Bir sözlə bu təşkilatın tarixində ən yadda qalan tədbirlərdən biri olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB