Cümşüd Nuriyev: "Xuliqanlığı siyasi müstəviyə çevirmək yolverilməzdir"
"Əvvəla, cəmiyyətdə olan hər hansı qarşıdurma siyasi müstəviyə keçirilməməlidir. Bu hadisədən müxalifət özünün maraqlarına uyğun istifadə etməyə çalışır. Bir tərəfdən, "Azadlıq" radiosu İsmayıllıdakı hadisəni çəkir, insanları danışdırır, digər tərəfdən də müxalifət qəzetləri də eyni istiqamətdə məlumatlar yazırlar. Müxalifətin bu hadisəni siyasiləşdirməsinin arxasında onların maraqları durur." Bu fikirləri SİA-ya açıqlamasında poltoloq Cümşüd Nuriyev İsmayıllıda baş verən hadisəyə münasibət bildirərkən deyib.
O qeyd edib ki, müxalifət bu hadisəni böyük bir siyasi qarşıdurma kimi təqdim etməyə çalışır: "İsmayıllının başbilənləri çıxış etdilər ki, bizim Prezidentdən, dövlətdən heç bir narazılığımız yoxdur. Bunu törədənlər ayrı-ayrı adamlardır. Xuliqanlığı siyasi müstəviyə çevirməyin özü də yolverilməzdir. Bütün hallarda icra başçıları da çalışmalıdırlar ki, bu tip narazılıqlar rayonlarda olmasın. Çünki bu cür narazılıqlar həm müxalifətə, həm də xarici qüvvələrə sərf edir. Nəzərə alsaq ki, son vaxtlarda bütün istiqamətlərdə üstümüzə gəlirlər, ona görə düşmənlərimizə fürsət lazım deyil. Söz yox ki, bu cür qüvvələr bir şey də əldə edə bilmirlər. Bu cür hadisələrdən yararlanmağa çalışanlar bir şeyi dərk etməlidirlər ki, bu tip xırda məişət xarakterli məsələləri siyasiləşdirməklə heç bir şeyə nail ola bilməyəcəklər. Və bu hadisədən yararlanmağa çalışmağın özü siyasi əxlaqa uyğun deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB