"Əsas hədəfimiz Amerikadır"
Pxenyandan Vaşinqtona təhdid

Uzaqmənzilli raket sınaqlarıyla dünyanın gündəmindən düşməyən Şimali Koreya Amerikanı təhdid edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu gün Şimali Koreyanın mərkəzi kanalı və Pxenyan TV-dəki xəbər bülletenlərində BMT Təhlükəsizlik Şurasının sanksiya qərarları tənqid edilib. Şimali Koreya Təhlükəsizlik Şurasının açıqlamasında "İnkişaf etdirəcəyimiz bütün uzaq mənzilli raketlərdə və keçirəcəyimiz peyk fırlatma sınaqlarında, hətta daha yüksək səviyyədəki nüvə sınaqlarında əsas hədəfin ABŞ olduğunu gizləmirik" deyilib.

Bəyanatda daha sonra bu sözlər yer alıb: "ABŞ-ın nüvə silahları başda olmaqla bütün dünya nüvə silahlarından imtina edərsə Koreya yarımadasında da nüvə silahlarından təmizlənmə və yarımadada sülh və təhlükəsizliyin təmini mümkün olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə