İlham Əliyevin “Thales Alenia Spase” şirkətinin prezidenti ilə görüşüb
Prezident İlham Əliyevin Davosda "Thales Alenia Space" şirkətinin prezidenti Jan-Lö Qalle ilə görüşü olmuşdur. SİA-nın məlumatına görə, görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi əhəmiyyət verildiyi vurğulandı. Azərbaycanın ikinci telekommunikasiya və Yer səthini müşahidə peyklərinin orbitə buraxılması ilə bağlı mövcud məsələlər müzakirə olundu. Ölkəmizdə kosmik sənayenin yaradılması, bu sahədə uzunmüddətli inkişaf strategiyasının hazırlanması ilə əlaqədar fikir mübadiləsi aparıldı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB