Rusiyanın baş naziri Dmitri Medvedyev dünən Davos İqtisadi Forumu qonaqlarının şərəfinə verilən ziyafətdə Gürcüstanın baş naziri Bidzina İvanişvili ilə söhbət edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu haqda tədbirdə iştirak edən rus biznesmenlərdən biri məlumat verib. Bu, 2008-ci ildə Rusiya ilə Gürcüstan arasındakı müharibədə nəticəsində diplomatik əlaqələrin pozulmasından sonrakı ilk təmas olub. Açıqlama verən biznesmen İvanişvilinin Medvedyevə yaxınlaşdığını, onların bir neçə dəqiqə söhbət etdiyini söyləyib. Medvedyevin mətbuat katibi Natalya Timakova isə bu cür böyük tədbirlərdə ənənəvi olaraq müxtəlif ölkələrin təmsilçiləri arasında təmasların olduğunu deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB