Ölkə başçısı Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

Ölkə başçısı Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

Yanvarın 24-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabati ilə görüşü olmuşdur. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə AYİB arasında uzun illərdir səmərəli əməkdaşlığın mövcudluğu vurğulandı, bu əlaqələrin inkişaf perspektivləri müzakirə olundu. AYİB ilə Azərbaycan arasında enerji, qeyri-enerji, informasiya-kommunikasiya texnologiyaları, sənayenin inkişafı, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı. Azərbaycanda sosial infrastrukturun inkişafına xüsusi əhəmiyyət verildiyi vurğulanıb.

Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiklərini qeyd edən AYİB-in prezidenti ölkəmizə səfər etmək niyyətində olduğunu dedi.

Bütün xəbərlər Facebook səhifəmizdə